...

Onlayn alış-veriş Azərbaycan-Türkiyə ticarətinin artımını stimullaşdırır - Ozan Açar

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2022 13:06 (UTC +04:00)
Onlayn alış-veriş Azərbaycan-Türkiyə ticarətinin artımını stimullaşdırır - Ozan Açar
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin 6 milyard dollara çatacağı gözlənilir.

Trend-in məlumatına görə, bunu Türkiyənin "Trendyol" elektron ticarət platformasının idarə heyətinin üzvü Ozan Açar "E-Commerce Day of Azerbaijan" adlı tədbir zamanı deyib.

Onun sözlərinə görə, ötən il bu rəqəm beş milyard dollar səviyyəsində olub.

"Xatırladıram ki, dövlətlərimizin başçıları yaxın gələcəkdə ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılmasını qarşıya məqsəd qoyublar. Hesab edirəm ki, bu göstəriciyə ən qısa zamanda nail olmaq üçün ölkələrimiz arasında elektron ticarət sahəsini inkişaf etdirmək lazımdır”, - deyə O.Açar qeyd edib.

O, “Trendyol”un Türkiyədə, eləcə də Afrika ölkələrində və bir sıra Avropa ölkələrində elektron ticarət sahəsində lider olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti