...

Çingiz Əsədullayev: Sahibkarlara kreditlərin əsas hissəsi istehsal, emal və kənd təsərrüfatı sahələri üçün verilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2006 19:28 (UTC +04:00)

Azərbaycanın regionlarının inkişafı dövlət proqramının gerçəkləşdirilməsində banklar və bu bankların ölkənin regionlarında olan filialları böyük rol oynayır. Trend bildirir ki, proqramın gerçəkləşdirilməsinin yekunlarına həsr olunmuş konfransda "Azəriqazbank"ın müşahidə şurasının rəhbəri Çingiz Əsədullayev bu barədə bəyan edib.

Onun sözlərinə görə, hazırda ölkənin bank sistemində 129 kredit təşkilatı fəaliyyət göstərir. Bunlardan 44-ü bank və 85-i qeyri-bank kredit təşkilatlarıdır.2005-ci ildə bank aktivləri 2,2 mlrd yeni manata çatıb ki, bu da 2004-cü illə müqayisədə 35% çoxdur. Bankların aktivlərinin 55%-i müştərilərdə olan krediti təşkil edir, qalanı isə 45% -bankların digər aktivlərini əhatə edir. Bu gün Azərbaycanda bankların 374 filialı fəaliyyət göstərir. Bunların ümumi sayından regionlarda 177 filial fəaliyyət göstərir.

Ç.Əsədullayev qeyd edib ki, hazırda uzunmüddətli kreditlərin sayının artması müşahidə olunur. Bu kreditlərin sayı 2004-cü illə müqayisədə 183% artıb.

Bu gün sahibkarlığa dəstək fondundan kreditlərin verilməsi prosesində 20 bank və 4 qeyri-bank kredit təşkilatı iştirak edir.

Kreditlərin əsas hissəsi istehsal, emal və kənd təsərrüfatı sahələri üçün verilir.

Xəbər lenti

Xəbər lenti