...

Samir Vəliyev: Azərbaycan və İsrail investisiyaların müdafiəsi və ikiqat vergidən yayınma sahəsində danışıqlar aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2006 20:42 (UTC +04:00)

Azərbaycan ilə İsrail arasında investisiyaların müdafiəsi və ikiqat vergidən yayınma haqqında Konvensiyaya qoşulma sahəsində saziş imzlanmasına dair danışıqlar aparılır. Trend in məlumatına görə, fevralın 17-də AR iqtisadi inkişaf nazirliyinin icraçı direktoru Samir Vəliyev jurnalistlərlə görüşdə bu barədə bildirib.

"İsrail dünyanın inkişaf etmiş dövlətlərindən biridir və Bakı üçün kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı xüsusi əhəmiyyət kəsb edir"-deyə iqtisadi inkişaf nazirliyinin nümayəndəsi bildirib və qeyd edib ki, Azərbaycanın aqrar sektoru ölkə iqtisadiyyatının qeyri-neft sektorunda daha potensiallıdır.

S.Vəliyevin sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafının vacib şərti iqtisadi forumların keçirilməsidir. 2006-cı ilin fevralın 20-21-də Bakıda ilk belə bir forum keçiriləcək.

Xəbər lenti

Xəbər lenti