...

ABB ADDY və YDS bilet satışı məntəqələrinin POS-terminallarla təchizatına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2006 19:11 (UTC +04:00)

Azərbaycanın Beynəlxalq bankı Azərbaycan Dövlət dəmir yolu idarəsi (ADDY) ilə danışıqlar aparır və bilet satışı məntəqələrində artıq POS-terminallar quraşdırılır. Beləliklə, ABB-nin çip kartlarından istifadə nəticəsində bilet almaq mümkün olacaq. Trend bildirir ki, ABB idarə heyətinin sədr müavini Emil Mustafayev bu barədə bəyan edib. Gələcəkdə şəhər nəqliyyatında da ( məsələn, avtobuslarda) POS-terminallar quraşdırıldıqdan sonra ödəmələr kartlar vasitəsilə həyata keçirilə bilər.

"2006-cı ildən başlayaraq ABB öz müştərilərini çip kartları ilə təmin edir və metroda gediş haqqının ödəniş layihəsi gerçəkləşdirilməyə başlandıqda artıq bunlardan istifadə oluna bilər. Test rejimində artıq metroda kartlarla ödəniş həyata keçirilir" -deyə E.Mustafayev qeyd edib.

Nağdsız ödənişə keçid üzrə tədbirlərlə əlaqədar ölkə prezidentinin sərəncamı çərçivəsində POS-terminalların quraşdırılmasına dair ABB artıq hazırlıq işləri görüb və 5 min POS-terminal sifariş edib. Bunlar mart ayında respublikaya gətiriləcək. POS-terminalların quraşdırılması bankın hesabına həyata keçirilir, yəni xərci ticarət şəbəkələri çəkir. Bununla yanaşı, bank ticarət obyektlərinin bunların quraşdırılmasına könüllü olaraq razılaşmaması kimi problemlərlə üzləşir. Hazırda bank müştərilərlə işi davam etdirir və müqavilə imzalayır.

ABB POS-terminalların yanacaq doldurma stansiyalarında da (YDS) quraşdırılmasına başlayıb. YDS əməkdaşlarının terminallardan istifadə edə bilməsi üçün treninqlər keçirilir. Gələcəkdə ABB iqtisadiyyatın bütün sahələrini əhatə etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti