...

Bakının 4 qəsəbəsində yeni EATS-in inşası planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2006 20:16 (UTC +04:00)

2006-2007-ci illərdə Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Azərbaycan prezidentinin təsdiq etdiyi tədbirlər proqramına əsasən, paytaxtın Sabunçu rayonu üzrə rabitə sahəsində layihələrlə bağlı rabitə və informasiya texnologiyaları Nazirliyi və nazirliyin müəssisələri tərəfindən 741 min manat sərf olunacağı nəzərdə tutulur.

Trend bildirir ki, informasiya-kommunikasiya texnologiyaları üzrə layihələr çərçivəsində Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı, Ramanı qəsəbələrində ATS-in genişləndirilməsi, poçt şöbələrinin təmiri və poçt agentliklərinin inşası (Azərpocht DM-in vəsaiti hesabına) nəzərdə tutulur.

Suraxanı rayonu üzrə rabitə layihələrinə 998 min manat (bundan 10 min manat Teleradio İB, qalan hissə isə rabitə nazirliyinin vəsaiti hesabına) xərclənəcək. Yeni Suraxanı, Hövsan, Qaraçuxur qəsəbələrində ATS-in tutumunun genişləndirilməsi, yeni EATS-in inşası, AzTI və ITI kanallarının qəbulu stansiyasının quraşdırılması, poçt şöbələrinin inşası və s. nəzərdə tutulur.

Səbael rayonu üzrə bu layihələrə rabitə Nazirliyinin vəsaiti hesabına 566 min manat sərf olunacaq. Vəsaitlər Bayıl qəsəbəsində ATS tutumunun genişləndirilməsi, rayonun qəsəbələrində poçt şöbələrinin əsaslı təmiri və digər məqsədlərə yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti