...

Musa Pənahov: Azərbaycanda nəqliyyat vasitələrinin sahibləri tərəfindən gediş haqlarının qaldırılması qanunsuzdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2006 20:28 (UTC +04:00)

Sərnişindaşımada tariflərin artırılması qanunsuzdur. Bu cür qanun pozuntularına yol verən şəxslər İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq cəzalandırılacaq. Nəqliyyat nazirinin birinci müavini Musa Pənahovun Trend ə bildirdiyinə görə, Tarif Şurası sərnişin daşınması üzrə tariflərin artırılmasını qanunsuz olması barədə qərar qəbul edib.

Dizel yanacağı da daxil olamaqla, bəzi neft məhsulları tariflərin qaldırılmasından sonra nəqliyyat vasitələri sahibləri gediş haqlarının artırılması məsələsini qaldırdı, lakin Tarif Şurası bu təklifi rədd etdi. Tarif Şurasından bildirildi ki, gediş haqqı benzinin qiymətinə əsasən qoyulub ki, burada da heç bir dəyişiklik yoxdur.

Lisenziya və Fərqləndirmə nişanlarının verilməsi və alınmasında pozuntuya yol verən şəxslərə qarşı da analoji tədbirlər tətbiq olunacaq.

Xəbər lenti

Xəbər lenti