Mayın 12-də Tiflisdə "Ekspo-corciya" sərgi mərkəzində inşaat, memarlıq, dizayn və yenidənqurma üzrə 11-ci "Kavkazus Bild" beynəlxalq sərgisi açılacaq.
"Ekspo-corciya" sərgi mərkəzindən Trend in xüsusi müxbirinə verilən məlumata görə, sərgidə Azərbaycanın "Mətanət A" şirkəti iştirak edəcək.
Tiflis sərgisi Qafqaz regionundakı tikinti şirkətlərinə yeni əlaqələr qurmaq və potensial müştərilər cəlb etmək imkanı verəcək.
Sərgi mayın 20-dək davam edəcək.