2006-cı ilin yanvar-aprel aylarında Naxçıvan MR-ə 30038,7 min AZN sərmayə qoyulub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10,5% çoxdur. Bu barədə Trend ə NMR-in Bakıdakı daimi nümayəndəliyindən məlumat verilib.
Bu dövr ərzində tikinti-quraşdırma işlərinə ayrılan sərmayənin həcmi 15,8% artaraq 22845,5 min AZN təşkil edib. Bu göstərici ümumi sərmayənin 76,1%-ni təşkil edir.
Bu dövr ərzində NMR-in tikinti müəssisələri 19092,6 min AZN dəyərində tikinti işləri həyata keçirib. Bunun 15144,5 min AZN (79,3%) yeni tikililərin, yenidənqurma və genişləndirmə işlərinin, 3046,5 min AZN (16%) - əsaslı təmir, 485,8 min AZN (2,5%) - cari təmir, 415,8 min AZN isə digər tikinti işlərinin payına düşür.
Yanvar-aprel aylarında NMR-in mal dövriyyəsi $15845,4 min təşkil edib. Ticarət əməliyyatlarının 1163,3 min dolları və ya 7,3%-i ixracın, $14682,1 min və ya 92,7% isə idxalın payına düşüb. Hesabat dövrü ərzində Bakıdan və Azərbaycanın digər regionlarından İran vasitəsilə NMR-ə 32456 ton, NMR-dən isə bu regionlara 12657 ton mal gətirilib.