...

Bank Respublika nizamnamə kapitalını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2006 20:34 (UTC +04:00)

27 iyul 2006-cı il tarixdə Bank Respublika 1 352 984 AZN məbləğində səhmlərini Bakı Fond Birjası vasitəsi ilə yerləşdirib. Trend agentliyinin banka istisnadən yaydığı məlumata əsasən, beləliklə, Bank Respublika-nın nizamnamə kapitalı 7,16 mln. AZN məbləğini keçib.

Bank Respublika-nın nizamnamə kapitalının artımı bankın bütün maliyyə göstəricilərinin dinamik yüksəlişi ilə bağlıdır. Belə ki, 1 iyul 2006-cı il tarixinə bankın aktivləri 79 mln. AZN, kredit portfeli - 48 mln. AZN, məcmu kapitalı isə - 11 mln. AZN məbləğini keçib.

2005-ci ildən etibarən Bank Respublika-nın nizamnamə kapiatılında Almaniyanın böyük maliyyə təşkilatları olan KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust Bank Respublika-nın 25%+1 səhm paketi ilə çıxış edir.

Xəbər lenti

Xəbər lenti