...

Sentyabrda Astanada Birlik ölkələri nazirlərinin görüşü keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2006 11:10 (UTC +04:00)

Sentyabrda Astanada "TransAvrasiya" konfransı çərçivəsində Birlik, Avropa Birliyi ölkələri və Çinin nəqliyyat nazirlərinin görüşü keçiriləcək. Bu barədə Trend in Astanadakı xüsusi müxbirinə Qazaxıstanın nəqliyyat və kommunikasiyalar nazirinin müavini Jenis Kasımbek məlumat verib.

"Müzakirələrin əsas mövzusu Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrini Avropa ilə birləşdirəcək unikal nəqliyyat dəhlizi olan TRACEKA ilə bağlı olacaq", - deyə Jenis Kasımbek bildirib.

Qeyd edək ki, iyulda Astanada Azərbaycan, Türkiyə, Qazaxıstan, Gürcüstan və Çinin nəqliyyat nazirlərinin iştirakı ilə Qars-Axalkalaki-Tiflis-Bakı dəmiryolu marşrutunun layihəsi müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti