Avqustun 9-na olan vəziyyətə görə, operativ vergi nəzarəti üzrə genişmiqyaslı tədbirlər çərçivəsində 32260 obyektdə vergi reydləri keçirilib.
Trend in Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin press-relizinə istinadən verdiyi xəbərə görə, 9725 obyektdə qanunvericiliyin pozulması faktı aşkar edilib. Nəticədə qanunu pozanlara 899,085 min manat məbləğində inzibati cərimə kəsilib.
Bakıda keçirilən vergi reydləri nəzarət-kassa aparatlarından istifadə edilməsi və vurulmuş kassa çeklərinin alıcılara təqdim edilməsi, yəni əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarət məqsədilə həyata keçirilir.