Vergilər Nazirliyi kassa aparatlarından istifadə ilə bağlı 14771 pozuntu halı aşkar edib
Vergilər Nazirliyi operativ vergi nəzarəti üzrə genişmiqyaslı tədbirlər çərçivəsində 55 167 obyektdə vergi reydi keçirib. Trend Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin press-relizinə istinadən xəbər verir ki, avqustun 21-nə olan vəziyyətə görə, 14771 obyektdə qanunvericiliyin pozulması faktı aşkar edilib. Nəticədə bu obyektlərə 1356,047 min manat məbləğində inzibati cərimə kəsilib.
Vergi reydləri Bakı üzrə iyulun 24-dən başlayıb, lakin bu ay həmin reydlər Sumqayıt və Abşeron üzrə keçirilib və gələcəkdə ölkənin digər bölgələrini də əhatə edəcək. Reydlər nəzarət -kassa aparatlarından istifadəyə və alıcılara çeklərin verilməsinə, yəni əhali ilə nağd pul hesablaşmalarının aparılma qaydalarına riayət olunmasına nəzarət məqsədi ilə həyata keçirilir.