...

Əmək və Sosial Müdafiə üzrə Azərbaycan-Turkiyə Daimi Birgə Komissiyasının 3-cü iclasının protokolu imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2006 12:51 (UTC +04:00)

18 sentyabrda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Əmək və Sosial Müdafiə sahəsinə dair Birgə Daimi Komissiyanın 3-cü iclasının protokolu imzalanıb. Trend in məlumatına görə, protokol Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və Turkiyənin əmək və sosial müdafiə naziri Murad Başeskioğlu tərəfindən imzalanıb.

Görüşdə həmçinin ikitərəfli əməkdaşlıqdan irəli gələn digər iki sənəd imzalanıb: "Azərbaycan Respublikası höküməti ilə Türkiyə Respublikası höküməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında 17 iyul 1998-ci il tarixli sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş" və "Azərbaycan Respublikası höküməti ilə Türkiyə Respublikası höküməti arasında sosial müdafiə haqqında sazişin tədbiq edilməsinə dair 6 may 2004-cü il tarixli prosedur müqafiəyə dəyişikliklərin edilməsi haqqında protokol". Qeyd edək ki, komissiyanın birinci iclası 2001-ci il Bakıda, 2-ci iclası isə 2005-ci ildə Ankarada keçirilib. Növbəti ,4-cü iclas Türkiyədə keçiriləcək. Hazırda 3-cü iclasın protokoluna dair müzakirələr davam edir.

Xəbər lenti

Xəbər lenti