...

Azərbaycan Beynəlxalq Bankı yenə də birja valyuta bazarının lideri oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2006 18:27 (UTC +04:00)

2006-cı ilin 9 ayının yekunu üzrə Bakı banklararası valyuta birjasının (BBVB) tədavülü manat ekvivalenti ilə 996,238 mln. manat təşkil edib, bu isə 2005-ci ilin yanvar-sentyabr ayının göstəriciləri ilə müqayisədə 1,86 dəfə çoxdur. Birjadan Trend ə verilən məlumata görə, sentyabr ayı ərzində BBVB-də valyuta sazişlərinin həcmi ABŞ dolları ilə 146,514 mln. AZN və ya 166,998 mln. ABŞ dolları təşkil edib. Əvvəlki ayla müqayisədə valyuta bölməsinin hərrac həcmi 56,84 %-dən çox artıb.

Sentyabr ayında hərracların birja elektron sistemində (BEST) 42 hərrac sessiyası keçirilib və 120 saziş qeydə alınıb.

Ötən ay xarici valyuta birja bazarının aparıcı operator - bankları Azərbaycan Beynəlxalq Bankı, UniBank, Azəriqazbank, Bank of Baku və Kapitalbank oldu. Valyuta sazişlərinin ümumi həcmində ABB-nin payı - 37,8%, UniBank-ın payı - 8,15%, Azəriqazbankın payı - 2,65%, Bank of Baku-nun payı- 2,5% və Kapitalbankın payı 2% təşkil edib. Avqust ayında birja hərraclarında valyuta bölməsinin cəmi 22 üzv-bankı iştirak edib.

Xəbər lenti

Xəbər lenti