...

Vaqif Əsədov: "Leysan yağış nəticəsində avtomobil yollarında yaranmış tıxaclar aradan qaldırılır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2006 16:09 (UTC +04:00)

Oktyabrın 27-də Bakıda yağan leysan yağış nəticəsində avtomobil yollarında yaranmış tıxaıclar aradan qaldırılır. Bu barədə Trend ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Vaqif Əsədov məlumat verib.

Əsas problemlər körpülər inşa edilən Binəqədi və Xətai ərazilərində yaranıb. "Tikinti işləri ilə əlaqədar bəzi yolların müvəqqəti bağlanması onsuz da tıxacların yaranmasına səbəb olmuşdu. Leysan yağışlar nəticəsində yollarda yaranmış gölməçələr problemi bir qədər də artırıb. Hazırda paytaxtın yol polisi Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq şöbəsinin əməkdaşları ilə birlikdə tıxacların aradan qaldırılması məqsədilə tədbirlər görür. Gölməçələrin qurudulması ilə bağlı kanalizasiya quyularının qapaqları üzərindən götürülüb və artıq demək olar ki, problemin böyük hissəsi həllini tapıb" - deyə V.Əsədov bildirib.

V.Əsədovun sözlərinə görə, güclü yağış paytaxtda səhər saatlarında bir neçə svetaforu da sıradan çıxarıb, lakin artıq həmin svetaforların fəaliyyəti bərpa edilib.

Xəbər lenti

Xəbər lenti