...

10 ay ərzində birja valyuta sazişlərinin həcmi 1,3 mlrd. ABŞ dollarına çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2006 20:49 (UTC +04:00)

2006-cı ilin 10 ayının yekunları üzrə Bakı banklararası valyuta birjasının (BBVB) dövriyyəsi manat ekvivalentində 1 154,668 mln. manata çatıb (1,298 mlrd. ABŞ dolları), bu isə 2005-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 1,9 dəfə çoxdur. Trend birjanın məlumatına istinadən xəbər verir ki, bu, BBVB -nin bütün 13 illik fəaliyyət dövrü ərzində bir il çərçivəsində qeydə alınmış ən böyük göstərici hesab olunur. Oktyabr ayı ərzində BBVB-də ABŞ dolları üzrə valyuta sazişlərinin həcmi 158,919 mln. AZN və ya 181,949 mln. ABŞ dolları təşkil edib. Ötən ayla müqayisədə valyuta seksiyasının hərrac həcmi 8,47%-dən çox artıb.

Oktyabr ayında hərracların birja elektron sistemində (BEST) 38 ticarət sessiyası keçirilib və 119 saziş qeydə alınıb.

Ötən ay xarici valyutaların birja bazarının aparıcı operator-bankları Azərbaycan Beynəlxalq Bankı, UniBank, Bank of Baku, Azəriqazbank və Koçbank-Azərbaycan olub. Valyuta sazişlərinin ümkmi həcmində ABB-in payı - 38,5%, UniBank - 10,87%, Bank of Baku - 7,05%, Azəriqazbankın- 5,71% və Koçbank-Azərbaycanın payı - 3,4% təşkil edib. Oktyabr ayında birja hərraclarında valyuta seksiyasının cəmi 19 üzv-bankı iştirak edib.

Xəbər lenti

Xəbər lenti