...

AYİB Azərdəmiryolbank-ın maliyyələşdirilmə həcmini iki dəfə artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2006 18:16 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) akkreditiv və zəmanətlərin açılması üçün, eləcə də beynəlxalq ticarət əməliyyatlarının ödənilməsi üçün "Azərdəmiryolbank" ASC-yə əlavə 3 mln. ABŞ dolları ayırıb. Trend Azərbaycan bankının məlumatına istinadən xəbər verir ki, vəsaitlər tərəflərin cari ilin may ayında imzaladıqları saziş çərçivəsində qeyri-məhdud müddətə verilib.

Hazırda AYİB-in ticari maliyyələşdirmə proqramı üzrə Azərbaycan bankına verdiyi vəsaitlərin həcmi 6 mln. ABŞ dollarına çatıb.

AYİB-in "Azərdəmiryolbank"a qoyduğu sərmayələrin ümumi həcmi 22,5 mln. ABŞ dollarına çatıb.

Xəbər lenti

Xəbər lenti