...

Azərbaycanda 2007-ci ilin "quş qripi" üzrə ilk monitorinqi başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Yanvar 2007 14:57 (UTC +04:00)

2007-ci il yanvarın 8-də Azərbaycanda "quş qripi" barədə xəbərdarlıqla əlaqədar ilk monitorinq başlayır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən şənbə günü Trend ə bildiriblər ki, monitorinq xüsusi komissiya tərəfindən həyata keçiriləcək, komissiyanın tərkibinə veterinar xidmət, ekologiya, səhiyyə nazirlikləri və Ovçular Cəmiyyəti daxildir.

Monitorinq köçəri quşların müvəqqəti məskunlaşdığı ehtimal olunan ərazilərdə - Pirallahı adasında, Abşeron yarmadasında, Dəvəçi, Sayan, Ağcabədi və Lənkəranda, milli parkların ərazisində və Xəzərin dəniz sahili boyunda keçiriləcək.

Monitorinq yanvarın 12-nə qədər sürəcək. Monitorinqin nəticələri monitorinq bitəndən bir həftə sonra hazır olacaq.

Virusun ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə bütün veterinar sərhəd məntəqələri gücləndirilmiş rejimdə işləyir, ölkədə vəhşi quşların ovlanmasına, satışı və istifadəsinə qoyulan qadağa, həmçinin bu virus qeydə alınmış ölkələrdən ölkə ərazisinə quş məhsullarının gətirilməsinə qoyulan qadağa qüvvədə qalır.

Xəbər lenti

Xəbər lenti