...

Azad istehlakçılar birliyinin rəhbəri: "Quş qripindən Azərbaycanın iri quş fabriki sahibləri effektiv şəkildə istifadə edib"

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2007 16:47 (UTC +04:00)

Azərbaycanın Azad istehlakçılar Birliyi (AAİB) toyuq yumurtalarının qiymətlərinin qalxması səbəbləri barədə analiz aparıb və gözlənilməz nəticələrə gəlib. "İri quş fabriki sahibləri quş qripindən əsas rəqibin- quşçuluqla məşğul olan min kəndli təsərrüfatının aradan götürülməsində effektiv istifadə olunub"-bu barədə Trend ə AAİB-in sədri Eyyub Hüseynov məlumat verib.

Broyler fabrikləri xırda təsərrüfata qarşı mübarizədə birləşiblər. Baytarlıq xidməti ölkənin Bakıya toyuq yumurtası və ətinin əsas hissəsini gətir ən aran rayonlarında ev quşlarının demək olar ki, bütün sayını azaltmaqla quş və broyler təsərrüfatını bütöv saxlayıb (iri istehsalçıları arasında yalnız bir broyler təsərrüfatı ilk və sonuncu qurban olub).

Bununla yanaşı, bu günədək əhalinin quş qripindən qorunması adı ilə, kəndlilərə bazarda toyuq və yumurta satmağa icazə verilməyib, baxmayaraq ki, broyler təsərrüfatlarına belə qadağa qoyulmayıb.

Bununla da baytarlar olaraq ölkədə quş qripi əlamətlərinin olmaması barədə müntəzəm məlumatlar verirlər.

"Dövlətin qiymətlərin aşağı səviyyədə saxlanılmasını gözləyən ölkələrdə yerli malların qiymətlərinin qalxdığı təqdirdə hökümət ölkəyə xaricdən belə, amma ucuz mal gətirir. Niyə axı hökümət xaricdən ucuz yumurta idxal etməklə yumurtanın bazar qiymətinin aşağı salmağa cəhd etmir? Ona görə ki, bu quş fabriklərinin xeyrinə deyil"-deyə öz sualına E. Hüseynov özü cavab verib.

"Azərbaycanda yumurtanın qiyməti ölkənin tarixində ilk dəfə 800 manata qalxıb, 20 yumurtanın qiyməti bir toyuğun qiyməti qədərdir"-deyə E. Hüseynov əlavə edib.

Xəbər lenti

Xəbər lenti