...

Nazir: Azərbaycanda əlilliyin artım dinamikası aşağı düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2007 15:13 (UTC +04:00)

Ötən illərlə müqayisədə 2006-cı ildə Azərbaycanda əlilliyin artım dinamikası aşağı düşüb. Trend xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov dövlət başçısı İlham Əliyevin sədrliyi altında Nazirlər Kabinetinin 2006-cı ilin sosial-iqtisadi yekunlarına və 2007-ci ildə qarşıya qoyulmuş məqsədlərə həsr olunmuş iclasında bildirib.

Onun sözlərinə görə, əgər 2005-ci ildə Azərbaycanda əlillərin sayı 19 min 988 nəfər təşkil edibsə, 2006-cı ildə bu göstərici iki dəfə azalıb.

Bu dövr ərzində 9 min 467 əlil tam reabilitasiyadan keçib, bu isə 2005-ci illə müqayisədə 53% çoxdur. Əlavə olaraq həmçinin 6800 əlil də reabilitasiyadan keçib.

Bundan başqa, ötən il Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial təminatı üzrə tədbirlər keçirilib. Bu məqsədlə 29 yaşayış, 194 şəxsi ev, ümumilikdə 1118 mənzil tikilib. 2006-cı ildə tikilmiş mənzillərin sayı 302-yə çatıb.

"2007-ci ildə həmçinin əhalinin qeyd olunan təbəqəsinin mənzil ilə təmin edilməsi üçün daha 400 mənzilin tikilməsi planlaşdırılır", - deyə F.Ələkbərov qeyd edib.

Xəbər lenti

Xəbər lenti