...

AMMB daha bir regional filial açmaq üçün AMB-dən icazə alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2007 15:35 (UTC +04:00)

Azərbaycan Mikromaliyyələşdirmə Bankının Xaçmaz filialının açılması üçün Azərbaycan Milli Bankından lisenziya alıb. Trend bankın cümə axşamı yaydığı məlumata istinadən xəbər verir ki, yeni filial Nərimanov küç., 215 ünvanında yerləşir. Filialın rəhbəri təcrübəli mütəxəssis, LFS şirkətinin məsləhətçisi, bu yaxınlarda Azərbaycan Milli Bankında müvəffəqiyyətlə attestasiyadan keçən Kestutis Kravçovas təyin olunub.

Yeni filialın açılışına qədər Bakıda artıq yeddi filial ("Mərkəzi", "20 yanvar", "Xalqlar Dostluğu", "Aeroport", "Elmlər Akademiyası", "Azadlıq", "Səbayıl"), daha dördü isə rayonlarda (Sumqayıt, Gəncə, Şəki, Lənkəran) fəaliyyət göstərirdi. Yeni, Xaçmaz filialının açılması ilə bankın filiallarının sayı 12-yə çatdı və bu yaxınlarda Bakı şəhərinin mərkəzində yeni bir flialın açılışı planlaşdırılır.

Filial şəbəkəsini sürətlə genişləndirməkdə bankın əsas məqsədi müştərilərin rahatlığını təmin etmək və onlara hər yerdə Avropa keyfiyyətli xidmət və məhsullar təqdim etməkdən ibarətdir. "Yeni filialda müştərilərə həm ölkədaxili, həm də beynəlxalq sürətli pul köçürmə xidmətlərindən Western Union, Travelex, Privat Money, Bistraya Pochta, Migom, cari hesablar, yerli və IISA plastik kartları, depozitlər və s. bank xidmətləri təqdim olunacaq",- deyə AMMB-nin İdarə Heyətinin Sədri Andryu Pospilovski bildirib.

AMMB 100% xarici kapitala malikdir və onun 5 səhmdarı vardır: Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qaradəniz Ticarət və İnkişaf Bankı, Almaniya Dövləti yanında KfW Almaniya İnkişaf Bankı və LFS Financial Systems GmbH alman məsləhət şirkəti.

Xəbər lenti

Xəbər lenti