Azərbaycan, Bakı/ Trend /müxbir U.İsmayılova/ Əmək Nazirliyi texniki təhlükəsizlik qaydalarının pozulduğu tikintilərdə işləri dayandıracaq. Bu barəədə cümə günü Əmək Nazirliyi nəzdində fəaliyyət gösətərən Dövlət Əmək Müfəttişliyinin rəhbəri Nəbi Şükürlü məlumat verib.
Önun sözlərinə görə növbəti həftədən etibarən qurum işəgötürənlərlə işçilər arasında olan münasibətləri yoxlamaq məqsədi ilə reydlərə başlayacaq.
"Monitorinqlər xüsusilə işçilərə normal iş şəraitinin yaradılması və onların tibbi müayinəsinin hansı səviyyədə olması sahəsində aparılacaq",-deyə o bildirib.
2006-cı il ərzində aparılan tikinti işlərində 246 bədbəxt hadisə baş verib. Bu hadisələr nəticəsində 80 nəfərdən çox insan dünyasını dəyişib, 190 nəfər isə ciddi xəsarət alıb. 24 hadisədə şirkətlər, 74 hadisədə zərərçəkənlər, 133 hadisədə hər iki tərəf günahkar olub. 15 hadisədə isə kənar amillər təsir göstərib.