...

Azərbaycanda "quş qripi" virusunun yayılması təhlükəsinə qarşı növbəti monitorinqə başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2007 16:49 (UTC +04:00)

Azərbayacan, Bakı/ Trend müxbir S.Babayeva/ Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq Xidmətindən verilən məlumata görə bazar ertəsindən etibarən Azərbaycanda "quş qripi" virusunun yayılması təhlükəsinə qarşı monitorinqə başlanılıb.

Martın 10-na qədər davam edəcək monitorinq əsasən köçəri quşların yaşadığı əraziləri - Pirallahı adası, Abşeron yarımadası, milli parklar və Xəzərsahili ərazilərdə aparılacaq.

Bu 2006-cı ilin aprelindən bəri aparılan sayca 11-ci monitorinqdir.

Qeyd edək ki, monitorinqlərin heç birində Azərbaycan ərazisində "quş qripi" virusu aşkar olunmayıb.

Ölkənin bütün sərhədlərində baytarlıq məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, çöl quşlarının ovuna, istifadəsinə, satışına və xaricdən gətirilməsinə qadağa qoyulub. Bununla yanaşı, "quş qripi" virusu aşkar olunmuş Rusiya, Türkiyə kimi ölkələrdən də quş əti idxalı dayandırılıb.

Xəbər lenti

Xəbər lenti