...

Türkiyədə Azərbaycan tibb məhsulları təqdim olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2007 12:28 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/Azərbaycanın tibb məhsulları Türkiyədə sərgidə nümayiş etdiriləcək. Azərbaycan Sahibkarlar Konfederasiyasından verilən məlumata əsasən, EKSPOMED-2007 tibb sərgisi martın 22-dən 25-nə qədər İstanbulda TUYAP sərgi mərkəzində keçiriləcək.

Konfederasiyanın təşəbbüsü ilə sərgidə Azərbaycanı tibb sahəsindən olan biznes nümayəndə heyəti təmsil edəcək. Sərgidə həmçinin biznesmenlər arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti