...

Azərbaycanla Rusiyanın Kurqan vilayəti arasında iki sənəd imzalanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2007 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı /. Trend S.Ağayeva/ Sabah Bakıya Rusiyanın Kurqan vilayətinin qubernatoru Oleq Boqomolovun rəhbərlik etdiyi nümayəndə heyəti gələcək. Səfərin məqsədi iqtisadi-ticarət əlaqələrinin inkişafına dair müzakirələr aparmaqdır. Bu barədə bu gün Rusiyanın ölkəmizdəki səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Aleksandar Semyonov məlumat verib. Xəbərə görə, Boqomolovun rəhbərlik etdiyi nümayəndə heyəti Nazirlər Kabinetində danışıqlar aparacaq. Bu danışıqlarda ölkəmizi baş nazirin birinci müavini Eyyub Yaqubov təmsil edəcək.

Danışıqların yekunlarına əsasən iki sənədin imzalanacağı planlaşdırılır. Semyonovun sözlərinə görə, bunlar Azərbaycan və Rusiyanın Kurqan vilayəti hökumətinin administrasiyası arasında iqtisadi-ticarət, elm, mədəniyyət sahəsindəki əməkdaşlığa dair anlaşma, habelə danışıqlar protokoludur. Həmin gün Boqomolovu baş nazir Artur Rasizadə və prezident İlham Əliyev qəbul edəcək.

Səfərin ikinci gününə gəldikdə isə proqrama əsasən aprelin 13-də Kurqan vilayətinin işgüzar dairələrinin Bakı Biznes Mərkəzində təqdimatı nəzərdə tutulur. Konkret olaraq bu vilayətin müəssisələri təqdim ediləcək, habelə film nümayiş etdiriləcək. Biznes-forumda Kurqan vilayətini təmsil edən 10 şirkət öz məhsulunu nümayiş etdirəcək. Bunların arasında "Russkiye avtobusı" Ticarət Evi, "Kurqanstalmost" və digəriləri var. Tqdimat çərçivəsində həmçinin Azərbaycan və Rusiya iş adamları arasında görüşlər keçiriləcək. Kurqan vilayətinin nümayəndə heyətinin səfəri aprelin 14-də yekunlaşacaq.

Xəbər lenti

Xəbər lenti