...

Azərbaycanın Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun yeni rəhbəri təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2007 13:03 (UTC +04:00)

Azərbacyan,Bakı/ Trend /Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun yeni rəhbəri vəzifəsinə əvvəl "Hidromaşservis" QSC-nin rəhbəri vəzifəsində çalışan Ayaz Orucov təyin olunub. Bu barədə Fondun məlumatında bildirilib.

Fondun əvvəlki rəhbəri F.Topçubaşov səhhəti ilə bağlı öz arzusu ilə tutduğu vəzifədən azad olunub.

Orucov artıq nazir müavini və Fondun Müşahidəçilər Şurasının rəhbəri Əli Həsənov tərəfindən Fondun kollektivinə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti