...

Gürcüstan YUNESKO-nun mənzil-qərargahında enerji konfransında təmsil olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2007 18:20 (UTC +04:00)

Gürcüstan,Tbilisi/müxbir Trend N.Kirtsxalia/Gürcüstan 31 may-1 iyun tarixində YUNESKO-nun mənzil-qərargahında (Paris, Fransa) keçiriləcək "Dəyişən dünyada energetika" konfransında iştirak edəcək. Bu gün Gürcüstanın energetika naziri Nika Qilaurinin jurnalistlərə verdiyi məlumata əsasən, Gürcüstan nümayəndə heyətinə onun müavini Serqi Mesxi başçılıq edəcək.

Konfransın təşkilatçıları kimi RF-nin Sənaye və Energetika Nazirliyi və bilavasitə YUNESKO çıxış edir. Aksiyada YUNESKO-nun baş direktoru Kontiro Matsuura iştirak edəcək. Həmçinin 200 ölkədən nümayəndə heyəti dəvət olunub.

Mərasim çərçivəsində "Energetik çağırışlar", "Elm və dayanıqlı energetik inkişaf", "Energetik yoxsulluğun azaldılması" iclasları keçiriləcək. Konfransın yekununa əsasən, Xaylhendammedə (Almaniya) "Səkkizlər qrupu"na müraciət hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti