Azərbaycan, Bakı / Trend / Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev adına beynəlxalq hava limanının ərazisində inşa edilən Holiday Inn otelinin açılış mərasimində iştirak edib.
Tikinti 25 mln. dollara başa gəlib. Otel "Silk way" şirkətinin hesabına inşa olunub. Bina altı mərtəbədən ibarətdir, 207 otaq mövcuddur, müxtəlif növ xidmətlər təklif olunur. Otelin ərazisində 200 avtomobil üçün dayanacaq yeri var.