...

Atəsgah rəhbəri: Azərbaycanın ÜTT-yə qəbulu sığorta şirkətləri üçün sərhədləri açacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2007 18:03 (UTC +04:00)
Atəsgah rəhbəri: Azərbaycanın ÜTT-yə qəbulu sığorta şirkətləri üçün sərhədləri açacaq

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycanın ÜTT sıralarına daxil olması sığorta şirkətləri üçün sərhədləri açacaq. Bu, yerli bazarın qərb şirkətləri ilə rəqabətdə möhkəmlənməsi istiqamətində təkan olacaq. Bunu cümə axşamı Atəşgah rus-Azərbaycan birgə sığorta şirkətinin baş direktoru İntiqam Hüseynov bildirib.

Hüseynovun sözlərinə görə, Azərbaycan bazarında 100 faizli özəl kapiatlı olan xarici sığorta şirkətlərin mövcudluğu ölkənin sığorta bazarının inkişafına böyük təkan verəcək.

"Sığorta haqqında" mövcud qanuna əsasən, xarici səhmdarlar birgə sığorta şirkətlərinin yalnız 49 faiz səhmlərinə sahib ola bilər.

"Azərbaycanın sığorta bazarının səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Bir müddətdən sonra bu məhdudiyyətlərə ehtiyac olmayacaq", - deyə o bildirib.

Atəsgah şirkəti 1996-cı ildə yaradılıb və 1997-ci ilin əvvəlində lisenziya alıb.

Atəsgah Azərbaycanda quru və dənizdə neft-qaz əməliyyatları və kəşfiyyat işləri ilə bağlı enerji riskləri üzrə sığorta xidmətləri təqdim edən yeganə şirkətdir.

Xəbər lenti

Xəbər lenti