...

Dövlət Baytarlıq Xidməti iribuynuzlu mal-qara arasında infeksion xəstəliyin olması barədə məlumatları təkzib edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2007 20:53 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Azərbayacanın Siyəzən rayonunda, xüsusilə "Orxan" özəl damazlıq təsərrüfatında iribuynuzlu mal-qara arasında infeksion xəstəliyin olması barədə KİV-də yayılmış məlumatları təkzib edir.

Dövlət Xidmətinin cümə axşamı yayılmış məlumatında göstərilib ki, Baytarlıq xidmətinin mütəxəssiləri tərəfindən araşdırma aparılıb. 2 baş iribuynuzlu heyvanın kəsilməsinin səbəbi infeksiya yox, invazion xəstəlik olub.

Dövlət xidməti məlumat verir ki, xəstəliyin yaranmasının səbəbi heyvanların "Orxan" damazlıq təsərrüfatında sanitar normalara cavab verməyən qaydalarda saxlanılması səbəbindən baş verib. Eyni zamanda rayonda gənələrin yayılması üçün əlverişli iqlim mövcuddur.

Bu istiqamətdə bütün qabaqlayıcı tədbirlər təsərrüfatların öz hesabına həyata keçirilməlidir. Hazırda təsərrüfatda xəstəliklərə qarşı profilaktik tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti