...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2007 18:10 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova /Keçən həftənin yekunlarına əsasən Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi kursu 0,0004 bənd möhkəmlənib (0,04 faiz). Orta kurs 1 ABŞ dollarına 0,85314 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum kursu avqustun 20-də (1 ABŞ dolları üçün 0,8534 manat), minimum isə avqustun 23-24-də (1 ABŞ dollarına 0,8530 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi kursu
13avqust 0,8537 20avqust 0,8534
14avqust 0,8536 21avqust 0,8532
15avqust 0,8536 22avqust 0,8531
16avqust 0,8535 23avqust 0,8530
17avqust 0,8535 24avqust 0,8530
Həftə ərzində orta 0,85358 Həftə ərzində orta 0,85314

Ötən həftənin yekununa əsasən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja kursu 0,0004 bənd (0,04 faiz) aşağı düşüb. Orta kurs 1 ABŞ dollarına 0,85144 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum kursu avqustun 20-də (1 ABŞ dollarına 0,8519 manat), minimum isə avqustun 23-də (1 ABŞ dollarına 0,8510 manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): avqutun 20-də - 0,8519 AZN/USD kursu ilə $9,2 mln., avqustun 21-də - 0,8517 AZN/USD kursu ilə $2,65 mln., avqustun 22-də - 0,8511 AZN/USD kursu ilə $6,47 mln., avqustun 23-də 0,851 AZN/USD kursu ilə $7,606 mln., avqustun 24-də - 0,8515 AZN/USD kursu ilə $8,2 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi kursu
13avqust 0,8537 20avqust 0,8534
14avqust 0,8536 21avqust 0,8532
15avqust 0,8536 22avqust 0,8531
16avqust 0,8535 23avqust 0,8530
17avqust 0,8535 24avqust 0,8530
Həftə ərzində orta 0,85358 Həftə ərzində orta 0,85314
ABŞ dollarına münasibətdə manatın birja kursu
13avqust 0,8523 20avqust 0,8519
14avqust 0,8516 21avqust 0,8517
15avqust 0,8519 22avqust 0,8511
16avqust 0,8518 23avqust 0,8510
17avqust 0,8515 24avqust 0,8515
Həftə ərzində orta 0,85182 Həftə ərzində orta 0,85144

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət bir manat olmaqla 12 manata qədər artıb.

Özəlləşdirmə çeklərinin fəaliyyət müddəti 2008-ci il yanvarın 1-dən bitir.

Xəbər lenti

Xəbər lenti