...

BVF missiyasının Azərbaycana səfəri baş tutub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2007 20:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ İqtisadi İnkişaf Nazirliyində Beynəlxalq Valyuta Fondu (BVF) missiyasının Bakıya səfərinin yekunlarına həsr olunmuş görüş keçirilib. Missiyaya Fondun Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departament direktorunun müavini Vitali Kramarenko rəhbərlik edirdi.

Görüş zamanı BVF missiyasının Azərbaycana səfərinin nəticələri, həmçinin, Dövlət investisiya proqramına daxil olan layihələrin icra olunma məsələləri, 2008-ci ildə Dövlət investisiya proqramının idarə olunması və inflyasiya məsələləri müzakirə olunub

Azərbaycanın İqtisadi inkişaf naziri Heydər Babayev Dövlət İnvestisiya proqramının energetika, təhsil, səhiyyə, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əsas prioritetlərini qeyd edib.

Vitali Kramarenko Azərbaycanda inflyasiyanın artmasının qarşısının alınmasında İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi və Milli Bankın birgə fəaliyyətinin vacib olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti