...

Bakı metrosunda qatarların hərəkəti bərpa olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2007 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Bakı metropolitenindən verilən məlumata görə, Bakı metrosunda "Həzi Aslanov" stansiyasından "Neftçilər" stanstiyasına qədər qatarların hərəkəti bərpa olunub.

Qatarların hərəkəti Bakı vaxtilə təxminən saat 10:00-da dayandırılıb və 52 dəqiqədən sonra bərpa olunub, metropolitendən verilən məlumatda belə deyilir.

Qatarların hərəkətinin dayandırılması Bakının "8-ci kilometr" qəsəbəsində iki elektrik ötürücü xəttin qırılması səbəbindən baş verib və bu da "Neftçilər" metrostansiyasına elektrik enerjisinin verilməsinin dayandırılmasına səbəb olub. Qəza elektrik xətləri altından keçən qaldırıcı kranın həmin xətlərə toxunması nəticəsində baş verib.

Xəbər lenti

Xəbər lenti