...

Argus Media eksperti: " Qazaxıstan "Kaşaqan" layihəsində öz təsirini artıracaq"

Energetika Materials 25 Oktyabr 2007 15:11 (UTC +04:00)
Argus Media  eksperti: " Qazaxıstan "Kaşaqan" layihəsində öz təsirini artıracaq"

Azərbaycan, Bakı/ Trend , müxbir V.Şərifov/ Qazaxıstan Dövlət Şirkəti "KazMunayQaz"ın "Kaşaqan" yatağının işlənilməsində iştirak payının artması dövlətin təsirini gücləndirməyə imkan verəcək və layihənin maliyyə hissəsi üzərində dövlət nəzarətinin sərtləşməsinə səbəb ola bilər. Bunu cümə axşamı Argus Media qiymət agentliyinin analitiki Rauf Hüseynov bildirib.

"Kaşaqan" layihəsi üzrə səlahiyyətli orqan və onun iştirakçıları arasında məhsulun bölünməsi razılaşması çərçivəsində danışıqların yekunu üzrə oktyabr ayında qarşılıqlı anlaşma memorandumu imzalanıb. İştirakçılar "KazMunayQaza"ın layihədə iştirak payının hazırkı 8,33 faizdən artırılması üçün müzakirələr barədə razılığa gəliblər. Bir sıra mənbələr bildirirlər ki, iştirak payı, digərlərinin payının proporsional olaraq azaldılması nəticəsində, 17 faizə qədər artırıla bilər.

"Kaşaqan"da "KazMunayQaz"ın iştirak payının artırılması bilavəsitə dövlət şirkətinin gəlirlərinin artmasına səbəb olacaq. Layihənin dəyərinə isə, bu təsir etmir", - deyə Hüseynov bildirib. Qazaxıstan tərəfindən layihənin dəyəri 136 mlrd. dollar məbləğində qiymətləndirilir. Ilk neftin hasilatı 2010-cu ilin birinci rübü üçün nəzərdə tutulub. Neftin bir hissəsi Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac olunacaq.

"Qazaxıstan uzun müddətdir ki, ilk neftin hasilatını gözləyir. Hasilat 2010-cu ilə nəzərdə tutulub və bu müddəti qısaltmaq mümkün deyil",-deyə Hüseynov bildirib. Lakin yeni müddət verilməsi əvəzində, Qazaxıstan layihədə iştirakla bağlı daha əlverişli şərtlər tələb edəcək.

Agip KCO konsorsiumunun iştirakçılarına İtaliyanın ENİ, Fransanın Total, "ExxonMobil", "Royal Dutch/Shell", "ConocoPhillips", "Inpex", KazMunayQaz" şirkətləri daxildir. Əvvəllər Qazaxıstan bəyan etmişdi ki, "KazMunayQaz" layihənin əməliyyatçılarından biri olmaq niyyətindədir.

"Kaşaqan"ın neft hasilatı ehtiyatları ən azı 7-9 mlrd. barel, ümumi geoloji neft ehtiyatları isə, 38 mlrd. barel həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti