Azərbaycan, Bakı / Trend / Azərbaycan dövlət neft şirkəti (ARDNŞ) yanvar-oktyabr aylarında 6,515 mln. ton neft ixrac edib. Bu haqda ARDNŞ marketinq və iqtisadi əməliyyatlar idarəsindən cümə günü məlumat veriblər.
Bakı-Novorossiysk marşrutu ilə şirkət bu müddət ərzində 986,858 min ton neft ixrac edib . Qərb - Bakı - Supsa boru xətti ilə yanvar-oktyabr aylarında təmir işlərilə əlaqədar neft daşınmayıb . Dəmir yolu ilə Batumi limanına 221,258 min ton neft göndərilib . Bakı-Tiflis-Ceyhan boru kəmərilə həmin müddətdə 5,306 mln. ton neft ixrac edilib .
Bakı-Novorossiysk marşrutu ilə ARDNŞ 2006-cı ildə 1,172 mln. ton neft ixrac edib (2005 ildə - 1, 631 mln.). Bakı-Supsa marşrutu ilə - 1,155 min ton (2005 ildə - 1,263 min ton).
Dəmir yolu ilə Batumi limanına - 1,135 min ton neft (2005 ildə - 4141,728 min ton).
BTC boru kəməri ilə - 1,402951 min ton ( bu marşrut üzrə neftin ekportu keçən ilin mayında başlanıb ).