...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 5 Dekabr 2007 19:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend ,müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin dekabrın 4-də qiyməti 1 barel üçün 90,05 dollara çatıb. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən çərşənbə günü verilən məlumata görə, çərşənbə axşamı neftin qiyməti bazar ertəsinə nisbətdə 1 barel üçün 1,93 dollar artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft? digər növlərlə qarışdırılmadan? Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dzn bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın dekabrın 4-də qiyməti 1 barel üçün 88,49 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 2 dollar çoxdur.

Azərbaycan neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-

Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Dekabrın 4-də URAL neftinin qiyməti 1 barel üçün 84,02 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 2,4 dollar artıqdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin dekabrın 4-də qiyməti 1 barel üçün 89,64 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 1,81 dollar çoxdur.

Xəbər lenti

Xəbər lenti