...

Azərbaycanda elektrik enerjisinin pik saatlarda yaranan yükləmələrinin ödənilməsində kəsir mövcuddur- "Azərenerji"nin vitse-prezidenti

Energetika Materials 7 Dekabr 2007 17:55 (UTC +04:00)
Azərbaycanda elektrik enerjisinin pik saatlarda yaranan yükləmələrinin ödənilməsində kəsir mövcuddur- "Azərenerji"nin vitse-prezidenti

Azərbaycan, Bakı / Trend ,müxbir İ.Xəlilova/ "Azərenerji" ASC-nin vitse-prezidenti Marlen Əsgərovun verdiyi məlumata görə, Azərbaycanda elektrik enerjisinin pik saatlarda yaranan yükləmələrinin ödənilməsində kəsir mövcuddur və bu, ölkənin energetika sisteminin ümumi həcminin 30-35%-ni təşkil etməlidir. Pik saatlarda və qəza hallarında "Azərenerj"yə yük düşməməsi üçün eletrik enerjisi su elektrik stansiyası ilə birlikdə təmin olunmalıdır, lakin hazırkı güc tələb olunan 30-35%-lə müqayisədə 12% təşkil edir.

Əsgərovun sözlərinə görə, hökumət gələcəkdə respublikada su - elektrik stansiyalarının sayını artırmaq niyyətindədir. SES-in tikintisi üçün lazım olan böyük kapital yatırımlarında üstünlük istilik elektrik stansiyalarına və buxar-qaz stansiyalarına verilir.

Azərbaycan ərazisində beş SES fəaliyyət göstərir; Şəmkir, Yenikənd, Mingəçevir, Araz (NMR-də) və "Varvara" SES-i. Bəzi SES-lər Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qalıb.

"Azəreneji"nin vitse-prezidentinin sözlərinə görə, gələcəkdə Tovuzda 300-350 mVt gücə malik iri SES tikmək planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti