...

Azərbaycan "Odessa-Brodı-Plotsk" neft kəmərinin ayrılmaz bəndidir - səfir

Energetika Materials 15 Dekabr 2007 13:42 (UTC +04:00)
Azərbaycan "Odessa-Brodı-Plotsk" neft  kəmərinin ayrılmaz bəndidir - səfir

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Ukraynanın Azərbaycandakı səfiri Stepan Volkovetski bildirib ki, Azərbaycan "Odessa-Brodı-Plotsk" neft kəməri layihəsinin iştirakçı dövlətləri zəncirində mühüm və ayrılmaz bənddir.

"Bu layihənin reallaşması, eləcə də Azərbaycanın bu layihəyə qoşulması ilə iştirakçıların maraqlarına bərabər şəkildə əməl olunacaq" - deyə səfir bilidirib.

"Odessa-Brodı" magistral neft kəməri 2001-ci ildə inşa edilib. Bir neçə il kəmərdən istifadə olunmayıb. 2004-cü il iyun ayının sonlarında Ukrayna hökuməti kəmərdən revers rejimdə Rusiya neftinin nəqli üçün istifadə etməyə icazə verib.

Volkovetskinin sözlərinə görə, bu layihə Xəzər neftinin Avropa bazarlarına nəqli üçün beynəlxalq marşrutlar baxımından vacibdir. "Ukrayna üçün bu layihə həddən artıq mühümdür" - deyə səfir bildirib

"Avropa İttifaqı bu layihədə çox maraqlıdır və layihənin reallaşması üçün kifayət qədər vəsait ayırıb" - deyə Volkovetski qeyd edib.

Səfirin sözlərinə görə, layihə birbaşa təyinatı üzrə fəaliyyət göstərmir, yəni bu kəmərlə Xəzər neftinin Avropaya deyil, Rusiya neftinin Odessada yerləşən limana nəqli həyata keçirilir.

"Brodı-Plotsk" neft kəmərinin tikintsi layihəsinin reallaşması üçün "Sarmatiya" BM yaradılıb. Bu müəssisədə Ukrayna, Azərbaycan, Polşa və Gürcüstan bərabər paya malikdir. Litva da müəyyən paya malikdir. Şirkətin fəaliyyətinin əsas istiqamətləri layihə-smeta sənədlərinin hazırlanması, investisiyaların cəlb edilməsi, tikinti işlərinin təmin edilməsidir.

Xəbər lenti

Xəbər lenti