...

Qazaxıstan şirkəti neft hasilatının həcminə görə TŞO-dan sonra ikinci yeri tutur

Energetika Materials 19 Dekabr 2007 13:35 (UTC +04:00)

Qazaxıstan, Astana / Trend müxbir K.Konırova/ Qazaxıstanın "RD"Kazmunayqaz" neft hasilat ilə məşğul olan şirkəti ilin yekunlarına əsasən, respublikada neft hasilatının həcminə görə ikinci yeri tutub. Bu barədə Trend ə şirkətin baş direktoru Əsgər Balcanov məlumat verib.

"Biz 2006-cı ildə qarşımıza qoyduğumuz məqsəd və vəzifələrə nail olmuşuq. 2007-ci ilin yekunlarına əsasən də yaxşı istehsal və maliyyə göstəricilərinin olacağını gözləyirik" - deyə Balcanov qeyd edib. Balcanov eləcə də "KazGermunay" şirkətinin aktivlərinin 50%-ni və "Manqistaumunayqaz" neft hasilatı şirkətinin səhmlərinin 70%-ni aldıqlarını xatırladıb.

"Beləliklə də neft hasilatının həcminə görə biz respublikada TŞO-dan sonra ikinci yeri tuturuq" - deyə Balcanov qeyd edib.

Balcanov neft hasilatının növbəti göstəricisinin hansı səviyyədə olduğunu bildirməyib, lakin qeyd edib ki, göstəricilər dekabrın yekunları üzrə elan olunacaq.

"Kazmunayqaz" və "Central Asia Petroleum Ltd" şirkəti dekabrın 5-də "Manqistaumunayqaz" SC-nin neft-qaz aktivlərinin milli şirkət tərəfindən əldə edilməsinə dair niyyət memorandumu imzalayıblar.

"Manqistaumunayqaz" Qazaxıstanın ən iri neft hasilatı şirkətlərindən biridir. Şirkət 1995-ci ildə təsis edilib. 1996-cı ilin iyun ayından müəssisə Qazaxıstan hökumətindən aşağıdakı yataqlarda hasilat işləri aparmaq üçün 25 illik müddətinə rəsmi razılıq alıb: Asar, Burmaşa, Kalamkas, Şərqi Jatıbay (karbohidrat və neft-qaz hasilatı üçün), Alatoba, Şirmali Karaqiye (neft yataqları), Jetıbay ( neft-qaz kondensant yatağı). 1996-cı ildə isə Cənubi Jetıbay neft-qaz kondensant yatağında neft hasil etmək üçün rəsmi razılıq alıb.

"Manqistaumunayqaz" 2006-cı ildə 5 mln. 697 min 851 ton neft hasil edib. Cari ildə şirkət hasilatı 5,8 mln. tona çatdırmaq niyyətindədir.

2007-ci il oktyabrn 1-nə olan məlumata görə, "Central Asia Petroleum Ltd" "Manqistaumunayqaz"ın bütün sadə səhmlərinə malik olub.

"RD"Kazmunayqaz" 2004-cü ilin martında "Kazmunayqaz"ın törəmə şirkətləri olan "Embamunayqaz"və "Uzentmunayqaz"ın birləşməsi nəticəsində yaradılıb.

Balcanovun sözlərinə görə, bu dövr ərzində şirkətin səhmlərinin qiyməti iki dəfə artıb. "Hazırda şirkətimizin kapitallaşması 12 mlrd. ABŞ dolları təşkil edir" - deyə Balcanov bildirib.

Xəbər lenti

Xəbər lenti