Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir S.Əliyev/ "Azərenerji" Səhmdar Cəmiyyəti cümə günü yeni qurulan iri 220-kilovoltluq "Müşviq" yarımstansiyasını istismara verib. Bu, Bakının 550 min nəfərin yaşadığı Səbail, Yasamal və Nəsimi rayonlarının enerji təchizatını yaxşılaşdıracaq.
"Azərenerji"nin yenidənqurma işləri üzrə podratçısı Yaponiyanın "Itocu" şirkətidir. 8 mln. dollar dəyərində olan layihə Yaponiyanın Beynəlxalq Yardım Agentliyinin qrantı hesabına reallaşdırılıb. 250 MBA gücündə olan hər iki avtotransformator Yaponiyda hazırlanıb, gətirilib və "Müşviq" yarmstansiyasında quraşdırılıb. Yarımstansiya 1986-ci ildə istifadəyə verilib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]