...

Gürcüstanda 200 mindən artıq abunəçi elektrik enerjisi almır – energetika naziri

Energetika Materials 21 Fevral 2008 13:40 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 21 fevral / " , müxbir N.Kirtsxalia / Təbii fəlakətdən zərər çəkən elektrik öturücü xətlərinin zədələnməsi nəticəsində 237 000 abunəçi elektriksiz qalıb. Gürcüstanın Energetika Nazirliyindən bildirilən məlumata görə, səhər saatlarında energetika idarəsinin başçısı Aleksandr Xetaquri elektrik ötürücü xətlərində təmir işlərinin gedişatı ilə yerində tanış olub.

Güclü külək və güclü qar yağması nəticəsində əsasən elektrik ötürücü xətləri sıradan çıxıb. Onların təmiri uzun vaxt tələb edir.

"Hazırda elektrik enerjisinin tam həcmdə verilməsini bərpa etmək üçün mümkün olan hər şeyi edirik" - Xetaquri bəyan edib. Onun sözlərinə görə, işıq əsasən Acariya, Sameqrelo və Svaneti regionlarına verilmir.

Nazirlikdən verilən məlumata görə, pis hava şəraitinə baxmayaraq, təmir işləri fəal aparılır və günün sonuna kimi rayon mərkəzləri işıqla təmin olunacaq. Hava mülayimləşəndən sonra ötürmə xətlərinin tam təmiri aparılacaq.

Xəbər lenti

Xəbər lenti