...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 7 Mart 2008 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 mart / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin martın 6-da qiyməti 1 barel üçün 104,52 dollara çatıb. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə günü verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə güününə nisbətdə 1 barel üçün 2,31 dollar artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın martın 6-da qiyməti 1 barel üçün 103,44 dollara çatıb. Bu, əvvəlki qiymətdən 2,11 dollar çoxdur.

Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Martın 6-da URALS neftinin qiyməti 1 barel üçün 96,71 dollar təşkil edib. Bu, öncəki qiymətdən 2,27 dollar artıqdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin martın 6-da qiyməti 1 barel üçün 103,31 dollara çatıb. Bu, əvvəlki qiymətdən 2,28 dollar artıqdır.

Xəbər lenti

Xəbər lenti