...

Prezident İlham Əliyev bəyan edib ki, Bakı-Tbilisi-Qars layihəsi – Azərbaycanın böyük tarixi qələbəsidir

Energetika Materials 20 Mart 2008 13:59 (UTC +04:00)
Prezident İlham Əliyev bəyan edib ki, Bakı-Tbilisi-Qars layihəsi – Azərbaycanın böyük tarixi qələbəsidir

Azərbaycan, Bakı, 20 mart / Trend / Bu il Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmir yolu nəqliyyatının açılması çərsivəsində, dəmir yolunun tikintisinə başlanılacaq. Bu barədə cümə axşamı

"Novruz" bayramına həsr olunmuş tədbirdə ictimaiyyət qarşısında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib.

"Bu böyük tarixi qələbədir" - deyə İlham Əliyev, Bakı-Tbilisi-Qars layihəsini qiymətləndirərkən bildirib. Bu layihə siyasi, iqtisadi, regional və digər istiqamətlərdə də xeyir gətirəcək. Azərbaycan prezidenti bildirib ki, bu gün respublika Avropa ölkələrinin enerji təhlükəsizliynin təmin edilməsi prosesində iştirak edir və və bu prosesdə ölkənin iştirakı artırılacaq.

Bu gün Azərbaycanın vəzifəsi qeyri-neft sektorunun inkişafı, güclü qeyri-neft potensialının yaradılmasından ibarətdir. İlham Əliyev bildirib ki, Azərbaycan iqtisadiyyatı çoxtərəfli olmalı və neftin qiymətindən asılı olmamalıdır.

Onun sözlərinə görə, respublikada sahibkarlıq, kənd təsərrüfatı və Azərbaycan iqtisadiyyatının digər sahələrinə istiqamətlənən regional inkişaf proqramları uğurla həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti