...

Azərbaycan vasitəsilə Qazaxıstan və Türkmənistandan elektrik enerjisinin tranziti mümkündür – nazir

Energetika Materials 12 May 2008 15:21 (UTC +04:00)
Azərbaycan vasitəsilə Qazaxıstan və Türkmənistandan elektrik enerjisinin tranziti mümkündür – nazir

Azərbaycan, Bakı, 12 may/ Trend , müxbir E.İsmayılov, İ.Xəlilova/ Azərbaycan vasitəsilə Qazaxıstan və Türkmənistandan elektrik enerjisinin tranziti üçün Transxəzər kabelin çəkilməsi layihəsi texniki baxımdan yerinə yetirilə bilər. Bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.

"Əgər biz enerji sistemlərimizi birləşdirmək və paralel rejimdə işləmək istəyiriksə, bu əlbəttə ki, lazımdır. Bu, iki ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi, yaxud bizdə elektrik enerjisinin artıq olması və onun ixracı üçün lazımdır", - nazir bildirib.

Azərbaycan elektrik enerjisinin Xəzərin dibi ilə Mərkəzi Asiya ölkələrindən Azərbaycana tranziti, buradan isə Avropaya ötürülməsi üçün infrastrukturun yaradılması haqqında təkliflə çıxış edib. Bu təklif CAREC proqramı (CAREC - Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) çərçivəsində Energetika Komitəsinin Bakıda keçirilən iclasında səslənib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti