...

Azərbaycan neftinin qiyməti: 30 iyun-4 iyul həftəsinin yekunları

Energetika Materials 7 İyul 2008 15:11 (UTC +04:00)

Azərbaycan,Bakı, 07 iyul / Trend , müxbir A.Bədəlova/ 30 iyun-4 iyul həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $146,73/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $7,09/barr çoxdur.

30 iyun-4 iyul həftəsində AZERI LT neftinin maksimal qiyməti $149,28/barr, minimal qiyməti isə $143,09/barr təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

30 iyun-4 iyul həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $135,66/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $6,6/barr çoxdur.

30 iyun-4 iyul həftəsində URALS neftinin maksimal qiyməti $138,15/barr, minimal qiymət isə $132,54/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

30 iyun-4 iyul həftəsində Brent Dated neftinin orta qiyməti $141,9/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $6,22/barr çoxdur.

Brent neftinin maksimal qiyməti $144,22/barr, minimal qiymət isə $138,86/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: Capital

Xəbər lenti

Xəbər lenti