...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 14 İyul 2008 19:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul/ Trend , müxbir A.Bədəlova/ İyulun 11-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $149,66/barelə çatıb. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə axşamı verilən məlumata görə çərşənbə axşamı neftin qiyməti cümə gününə nisbətən $7,56/barel artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ -dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtlərilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 11-də $147,79/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $7,48/barel çoxdur.

Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 11-də $139,18/barel təşkil edib və bu əvvəlki qiymətdən $7,54/barel çoxdur.

İyulun 10-da Şimal dənizindən hasil edilən etalon növlü Brent Dated neftinin 1 barelinin qiyməti $143,51/barelə çatıb ki, bu da əvvəlki qiymətdən $7,56/barel çoxdur.

Xəbər lenti

Xəbər lenti