...

Qazaxıstanda yeraltı sərvətlərdən istifadəyə dair müqavilələrə yenidən baxmaq lazımdır – Hesablama Komitəsinin rəhbəri

Energetika Materials 25 İyul 2008 14:42 (UTC +04:00)
Qazaxıstanda yeraltı sərvətlərdən istifadəyə dair müqavilələrə yenidən baxmaq lazımdır – Hesablama Komitəsinin rəhbəri

Qazaxıstan, Astana, 25 iyul/ Trend , müxbir K.Konırova/ Qazaxıstanda yeraltı sərvətlərdən istifadəyə dair əvvəllər imzalanan bütün müqavilələrə yenidən baxmaq lazımdır, Qazaxıstan Respublikasının büdcənin icrasına nəzarət üzrə Hesablama Komitəsinin sədri Omarxan Oksikbayev cümə günü Astanada bildirib. Bu barədə Trend -ın Astanadakı xüsusi müxbiri məlumat verib.

"Yeraltı sərvətlərdən istifadəyə dair bütün müqavilələrə yenidən baxmaq lazımdır. Bu mənim yüz faizli mövqeyimdir. Hesab edirəm ki, biz - respublika öz öhdəliklərimizi tamamilə yerinə yetirmişik", - "Yeraltı sərvətlərin istifadəçilərinə vergi qoyulması təcrübəsinin hüququ tətbiqinin aktual problemləri" beynəlxalq elmi-praktiki konfransın fasilələri zamanı jurnalistlərin suallarını cavablandıran Oksikbayev bildirib.

"Bu gün neftin bir barelinin qiyməti 140 dollaradək artıb. Biz isə "Tengiz" yatağına dair müqaviləni neftin bir barelinin qiyməti yeddi dollar olan zaman bağlamışıq. Bu səma və torpaqdır! Nə üçün biz müqavilələrə yenidən baxmamalıyıq?" - Hesablama Komitəsinin rəhbəri bildirib.

Onun rəyinə görə, bu gün sərmayədarlar Qazaxıstana yatırdıqları bütün xərclərini örtə bilərlər.

"Müqavilələrə yenidən baxmaq lazımdır, onları vergi qanunvericiliyi səviyyəsində işləməyə məcbur etmək lazımdır", - Oksikbayev vurğulayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti