Azərbaycan, Bakı, 06 avqust/ Trend /Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) quyuların istismarı Fondu (birgə müəssisə və əməliyyat şirkətləri istisna olmaqla) avqustun 1-nə olan məlumata görə,
6054 quyu təşkil edir. Bu göstərici 2007-ci ilin analoji dövründə 6165 olub və beləliklə, quyuların sayı 111 ədəd azalıb, - ARDNŞ-nin məlumatında deyilir.
Quyuların ümumu sayından 4789-u (ötən il avqustun birinə- 4895) fəaliyyət göstərən fondda, 1251 ((ötən il avqustun birinə 1255) isə, fəaliyyət göstərməyən fondda yerləşir. 14 quyu ((ötən il avqustun birinə olan nəticələrə görə 15) tədqiq edilmək mərhələsindədir.