...

Gürcüstan Qara dəniz limanlarına neft nəqli üzrə marşrutu dəyişir

Energetika Materials 18 Avqust 2008 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir E.İsmayılov/ Gürcüstanda Azərbaycan və Orta Asiyadan Qara dənizin Poti və Batumi limanlarına neft nəqli üzrə dəmir yolu marşrutları bu istiqamətdə olan körpünün şənbə günü partladılması ilə əlaqədar müvəqqəti olaraq dəyişdirilir. Bu barədə bazar ertəsi Azərbaycan Dövlət Dəmir Yol İdarəsindən (DDYİ) bildiriblər.

DDYİ-dən bildiriblər ki, hazırda Böyük-Kəsik stansiyasında (Azərbaycan-Gürcüstan sərhədi) neft maye yükləri ilə yüklənmiş altı qatar var.

Körpü Tbilisi yaxınlığında partladılıb. Nəticədə bu istiqamətdə dəmir yolu ilə neft və neft məhsullarının nəqli dayandırılıb. DDYİ-dən bildiriblər ki, hazırda körpüdə təmir işləri aparılır.

"İndi Poti və Batumi istiqamətində olan, lakin bu həcmdə yükləri daşımaq iqtidarında olmayan digər körpünün nəql imkanlarının genişləndirilməsi işləri görülür", - deyə idarədən vurğulayıblar.

DDYİ-dən bildiriblər ki, genişləndirmə işlərini Gürcüstan və Azərbaycan dəmiryolçuları aparırlar.

DDYİ-dən həmçinin bildiriblər ki, mal və sərnişin qatarları Tbilisi istiqamətində daşımaları normal rejimidə həyata keçirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti