...

Azərbaycanın Dövlət Neft Şirkəti perspektivli dəniz yatağında quyunu sınaqdan keçirir

Energetika Materials 22 Avqust 2008 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust/ Trend , müxbir E.İsmayılov/ Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) "Qərbi Abşeron" yatağında yeni dəniz quyusunu sınaqdan keçirir. Bu yataqdan hasil edilə bilən proqnozlaşdırılan neft ehtiyatı 10 mln. ton neft ekvivalentinədək ola bilər. Bu barədə cümə günü ARDNŞ -nin Kompleks-Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsindən məlumat veriblər.

"Hazırda biz dərinliyi 770 metrdən çox olan quyunu sınaqdan keçirir və ən aşağı geoloji layı öyrənirik", - İdarədən bildiriblər. İdarə, sonrakı sınaq işlərinin aparılması üçün 10 gün ərzində kompressor alacaq.

Bu quyuda işlər başa çatdıqdan sonra, "Qərbi Abşeron"da layihə dərinliyi 850 metr olan yeni quyunun qazılmasına başlamaq planlaşdırılır. Yataqda quyunun qazılması üçün geotexniki işlər başa çatdırılıb.

Kəşfiyyat quyularının qazılması hasil edilə bilən ehtiyatların dəqiqləşdirilməsi və onun konturlaşdırılması üçün lazımdır. Cəlbedici karbohidrogen ehtiyatları aşkar edilərsə, sahədə istismar quyuları qazılacaq, neft hasilatı üçün platforma quraşdırılacaq.

Müxtəlif vaxtlarda aparılmış kəfiyyat xarakterli qazma işləri "Qərbi Abşeron"da hasil edilə bilən ehtiyatlar üzrə ARDNŞ geoloqlarının proqnozlarını 5 mln. tondan 10 mln. ton neft ekvivalentinədək artırıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti